Azad Xankəndidən universitetə uzanan uğur yolu- FOTO

Azad Xankəndidən universitetə uzanan uğur yolu- FOTO

Doğma Xankəndinin azadlığı ilə şəhərin gələcəyinə, onun gənc nəslinə yeni ümidlər yaranıb. ARANTV.AZ xəbər verir ki,bu gün Xankəndi məktəblərinin məzunlarının uğurları da xüsusi qürur hissi doğurur.
Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin məzunu Abdullayev Qədir Elçin oğlu orta təhsilini uğurla başa vuraraq Bakı Mühəndislik Universitetinin Beynəlxalq Ticarət və Logistika ixtisasına qəbul olub.
Qədir Abdullayev üçün bu uğur yalnız bir ali məktəbə qəbul olmaq deyil, həm də doğma Xankəndidə başlayan təhsil yolunun yeni mərhələyə qədəm qoymasıdır. Orta məktəb illərində qazandığı bilik və zəhmətin nəticəsi olaraq universitetə qəbul olan gənc qarşıdakı illərdə seçdiyi ixtisas üzrə ali təhsil alacaq.
Azad Xankəndinin yetirməsinin universitetə qəbul olması doğma şəhərin sakinləri üçün də sevindirici və qürurverici hadisədir. Bu uğur Xankəndidə böyüyən və təhsil alan gənclərin gələcəyə inamını, onların yüksək hədəflər qarşısında əzmini nümayiş etdirir.
Doğma Xankəndidə məktəb təhsilini başa vuran Qədir Abdullayevə tələbəlik həyatında uğurlar, seçdiyi ixtisas üzrə yüksək nailiyyətlər və gələcək fəaliyyətində böyük müvəffəqiyyətlər arzulayırıq.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir