Ölmüş heyvanlarla bağlı yeni qayda

Ölmüş heyvanlarla bağlı yeni qayda

Azərbaycanda ölmüş heyvanların və bioloji tullantıların utilizasiyası üzrə müəssisələr yaradılması təşviq ediləcək.

ARANTV.AZ  xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

2027-2032-ci illər ərzində utilizasiya müəssisələrinin yaradılması üzrə beynəlxalq təcrübənin araşdırılması, fermerlərin və sahibkarların beynəlxalq təcrübədə istifadə olunan əsas modellər haqqında maarifləndirilməsi üçün tədbirlərin təşkili, Ölmüş heyvanların və bioloji tullantıların utilizasiyası üzrə müəssisələrin yaradılmasına (layihələndirilməsinə) dair sahibkarlıq subyektlərinin müraciətlərinin qiymətləndirilməsi planlaşdırılır.

2027-2032-ci illəri əhatə edən prosesdə əsas icraçı qurum kimi Qida Təhlükəsizliyi Agentliyi təyin edilib.

Digər içraçı qurumlar isə İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir