Qurban Qurbanovun mətbuat konfransı Bakıda olacaq

Qurban Qurbanovun mətbuat konfransı Bakıda olacaq

“Qarabağ” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo” (Kiyev, Ukrayna) ilə qarşılaşacaq.

Musavat.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun səfərdə keçiriləcək ilk oyun öncəsi mətbuat konfransı Bakıda baş tutacaq.

Qarşılaşmadan bir gün əvvəl – avqustun 5-də keçiriləcək konfrans saat 11:45-də başlayacaq. Tədbir  “Azersun Arena”da təşkil olunacaq.

Qeyd edək ki, “Dinamo” – “Qarabağ” oyunu avqustun 6-da Polşanın Lubin şəhərindəki “Lubin Arena”da baş tutacaq.

Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir