Qarabağda bu qədər məktəb açılıb

Qarabağda bu qədər məktəb açılıb

2026/2027-ci tədris ilində işğaldan azad edilmiş rayonlarımızda da yeni məktəblər fəaliyyətə başlayıb və ilk şagirdlərini qəbul edib.

ARANTV.AZ  xəbər verir ki, 2026/2027-ci tədris ilinin 15 sentyabr tarixində işğaldan azad edilmiş ərazilərdə məktəb şəbəkəsi əvvəlki illə müqayisədə genişlənib.

Yeni tədris ilində ümumilikdə 29 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Ötən tədris ilində bu rəqəm 25 olub. 29 orta məktəbdə ümumilikdə 4 825 şagird təhsil alacaq.

Elm və təhsil naziri Emin Əmrullayev məktəblərin Ağdam, Ağdərə, Xocalı, Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocavənd, Laçın və Zəngilan ərazilərində yerləşdiyini bildirib.

Ağdərə rayonu Aşağı Oratağ kənd tam orta məktəbi, Ağdam şəhər 1 nömrəli tam orta məktəbi, Xankəndi şəhəri Kərkicahan qəsəbəsi 1 nömrəli tam orta məktəbi, Xocavənd rayonu Qırmızıbazar qəsəbə tam orta məktəbi, Xocavənd şəhəri 1 nömrəli tam orta məktəbi, Xocalı rayonu Təzəbinə kənd tam orta məktəbi, Xocalı rayonu Xanyurdu kənd tam orta məktəbində bu gün ilk dəfə Bilik Günü keçirilib.

Bundan əlavə, işğaldan azad edilmiş rayonlarımızda 23 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Beləliklə, məktəbəqədər və ümumi təhsil müəssisələrinin sayı 52-yə çatır. Bu rəqəmlər qayıdış prosesinin uğurlu nəticələrindən hesab edilir.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir