Azərbaycanda məhkəmələrlə bağlı MÜHÜM YENİLİK

Azərbaycanda məhkəmələrlə bağlı MÜHÜM YENİLİK

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında Mülki Prosessual Məcəlləyə köklü dəyişiklikləri nəzərdə tutan yeni qanun layihəsi müzakirə olunub.

Dəyişikliyə əsasən, ölkədə bəzi məhkəmə işlərinə artıq kollegial (3 hakim) deyil, hakim tərəfindən təkbaşına baxılması təklif edilir.

Dəyişikliyin mahiyyəti nədir?

ARANTV.AZ bildirir ki, mövcud qanunvericiliyə görə, apellyasiya məhkəmələrində şikayətlərə 3 hakimdən ibarət tərkibdə baxılır.

Yeni layihəyə əsasən isə aşağıdakı işlər üzrə apellyasiya şikayətləri tək hakim tərəfindən həll olunacaq:

– İşi mahiyyəti üzrə həll etməyən məhkəmə aktlarından (qərardadlardan) verilmiş apellyasiya şikayətləri;

– Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında çıxarılmış qətnamələrdən verilmiş şikayətlər.

Məhkəmələrdə iş yükünün həddən artıq çox olması nəzərə alınaraq atılan bu addım bir neçə vacib üstünlük vəd edir:

– Hakimlərin iş yükü azalacaq, resurslardan daha düzgün istifadə olunacaq.

– Təcili münasibət bildirmək tələb olunan məsələlər daha çevik və sürətli çözüləcək.

Bundan əlavə, layihədə yazılı icraat qaydasında baxılmalı olan işlərin siyahısının artırılması da əksini tapıb.

Artıq aşağıdakı məsələlərə şifahi məhkəmə baxışı keçirilmədən, yazılı icraat qaydasında baxılması təklif olunur:

– Prosessual müddətlərin bərpası barədə müraciətlər;

– Xarici dövlətin məhkəmə qətnaməsinin məcburi icrası ilə bağlı ərizələr;

– Xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasına qarşı tərəflərin etirazları;

– Xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı müraciətlər.

Qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılması gözlənilir.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir