Cəmiyyət 

Bu qəsəbədə üç gün işıq olmayacaq – RƏSMİ

Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində 25-27 iyul 2018-ci il tarixlərində elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranacaq.

ARANTV.AZ bildirir ki, bu barədə TREND-ə “Azərişıq” ASC-dən məlumat verilib.

Fasilələr “Azərenerji” ASC-yə məxsus 110 kVt-luq 1-ci Xırdalan h/x-də aparılacaq təmir işləri ilə əlaqədardır.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir

Daha çox xəbərlər

Leave a Comment