İndoneziyada nadir Quran nüsxəsi nümayiş etdirilir
İndoneziyanın Palembanq şəhərinin “Əl-Əkbər” muzeyində nadir Quran nüsxəsi nümayiş etdirilir.
ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, Müqəddəs Kitab taxtadan hazırlanıb. Surələr hündürlüyü 1,77 metr, eni isə 1,4 metr olan 30 ədəd lövhənin üzərində yazılıb.
Xəttat Şofvatilla Muhsaib bildirib ki, bu işə 2001-ci ildə başlayıb və 9 ilə onu tamamlayıb:
“Əvvəlcə kağız üzərində məşq edirdim, ayələri kartondan kəsib hazırlayırdım. Mütəxəssislərin müsbət rəylərindən sonra isə artıq ayələri taxta üzərində oymağa başladım”.
