Hadisə 

Gədəbəydə avtomobil aşdı: sürücü öldü

Gədəbəy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ Report-a istinadən xəbər verir ki, rayonun Saratovka kəndi ərazisində, Qaraməmmədli kənd sakini, 1958-ci il təvəllüdlü Mazahir Quliyev idarə etdiyi “VAZ-2121” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili aşırıb.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər

Leave a Comment