Dünya 

Yunanıstanda yanğınlar nəticəsində ölənlərin sayı 93-ə çatıb

Yunanıstanda yanğınlar nəticəsində ölənlərin sayı 93-ə çatıb.

ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin yanğınsöndürmə xidmətindən bildiriblər.

Məlumata əsasən, bu gün xəsarət alanlardan biri xəstəxanada dünyasını dəyişib. Ümumilikdə xəstəxanalarda yanğında xəsarət alan 10 nəfər həlak olub. Ölənlərin 82-nin kimilyi müəyyən edilib.

Qeyd edək ki, Yunanıstanda iyulun 23-ü bir neçə iri yanğın baş verib. Havanın çox isti olması və güclü külək yanğınsöndürənlərə yanğını söndürməyə imkan verməyib.

Daha çox xəbərlər

Leave a Comment