Xəzərin statusu üzrə Konvensiyanı şərh etmək… – Dövlət Departamenti
ABŞ-ın Dövlət Departamenti Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın qazın Avropaya çatdırılmasının diversifikasiyası üzrə vəziyyətə təsirini şərh etməyə hələ hazır deyil.
ARANTV.AZ publika.az-a istinadən xəbər verir ki, bu haqda Dövlət Departamentinin energetika üzrə büronun nümayəndəsi Vinsent Kampos bildirib.
“Hər hansı şərh vermək hələ tezdir. Çünki, razılaşmanın detalları bizə məlum deyil”, – o deyib.
Qeyd edək ki, daha əvvəl Kremlin yaydığı məlumata görə, Xəzər dənizinin statusu ilə bağlı 1996-cı ildən aparılan danışıqlar yekunlaşıb və 12 avqustda Xəzəryanı ölkələrin liderlərinin iştirakı ilə müqavilə imzalanacaq.
Kreml müqavilənin detallarını da yayımlayıb. Müqaviləyə əsasən, Xəzər dənizinin su səthi birgə istifadəyə açıq olacaq, dənizin dibi və torpağın alt hissələri sahilyanı ölkələr arasında bölüşdürüləcək.
Gəmiçilik, balıqçılıq fəaliyyətləri, elmi tədqiqatlar və boru xətti döşəmələri tərəflər arasında razılaşdırılmış qaydalar çərçivəsində olacaq. Dənizdəki layihələr də ekoloji amillər nəzərə alınaraq rellaşdırılacaq.
Sözügedən müqavilə bölgədən kənar ölkələrin Xəzərdə hərbi varlığını qadağan edir. Xəzəryanı 5 ölkə tənizin təhlükəsizliyindən, qorunmasından, ehtiyatlarından məsul olacaq.
Qeyd edək ki, sammit Qazaxıstanın Aktau şəhərində baş tutacaq və bir sıra hökumətlərarası saziş imzalanacaq.

