Bu ölkədə havanın temperaturu rekord həddə çatdı

Bu ölkədə havanın temperaturu rekord həddə çatdı

Avqustun 4-ü günorta saatlarında Avstriyada hava temperaturu rekord həddə – 41°C-yə çatıb

ARANTV.AZ xəbər verir ki, bu haqda “Kronen Zeitung” nəşri məlumat yayıb.

Bildirilib ki, bununla da əvvəlki 40,5°C-lik rekord geridə qalıb.

Nəşr bildirir ki, hava şəraiti ilə əlaqədar ölkənin şərq hissəsi üçün ən yüksək təhlükə səviyyəsi elan edilib. Eyni zamanda, Burqenland əyalətində meşə yanğını davam edir.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir