Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıq olub

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıq olub

Hərbi Prokurorluğun rəhbərliyi 27 sentyabr – Anım Günü ilə bağlı Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Zəngilan və Xocavənd rayonlarında yerləşən bölmələrində görüşlər keçirib və hospitalda müalicə olunan hərbi qulluqçuları ziyarət edib.

Bu barədə ‘İki sahil”ə Hərbi Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, hərbi qulluqçulara Vətən müharibəsində Zəfərin qazanılmasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin və dövlətimizin başçısının ən yaxın silahdaşı Mehriban Əliyevanın əvəzsiz rolundan, döyüşlərdə hərbiçilərimizin şücaətindən danışılıb.

Görüşlər zamanı, həmçinin hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıq olub.

Hərbi qulluqçular göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər və qarşıya qoyulan bütün tapşırıqları vaxtında yerinə yetirməyə qadir olduqlarını bildiriblər.

Tədbirlərin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr, hospitalda müalicə olunan hərbi qulluqçulara isə sovqatlar təqdim edilib.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir