Hadisə 

7 gün əvvəl qəzaya düşən sərnişin vəfat etdi

Bakının Nəsimi rayonunda qəzaya düşən sərnişin dünyasını dəyişib.

ARANTV.AZ-ın məlumatına görə, avqust ayının 5-də Nəsimi rayonu, Alı Mustafayev küçəsi 12-nin qarşısında Məmmədov Kənan Məmmədbağır oğlunun idarə etdiyi “Kia” markalı avtomobil Vəliyev Sənan Salman oğlunun sürdüyü “Mersedes”i vurub. Nəticədə “Mersedes”də olan 3 nəfər ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Avqust ayının 12-də isə xəsarət alanlardan 1972-ci il təvəllüdlü Cəbiyev Hamlet Rəfael oğlu  xəstəxanada vəfat edib.

Baş vermiş qəza hadisəsi ilə bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 263.2-ci maddəsiylə cinayət işi başlanıb və sürücülər istintaqa cəlb olunublar.ölkə.az

Daha çox xəbərlər

Leave a Comment