Gəncədə şagirdləri zəhərləyən NƏDİR? – Baş Prokurorluqdan AÇIQLAMA

Gəncədə şagirdləri zəhərləyən NƏDİR? – Baş Prokurorluqdan AÇIQLAMA

Gəncədə orta məktəblərdən birində 5 şagirdin qida zəhərlənməsi ilə xəstəxanaya müraciət etməsi ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, oktyabrın 1-də Gəncə şəhəri ərazisində yerləşən orta məktəblərdən birində baş verən hadisə ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb.

Zəhərlənmənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə zəruri nümunələr götürülüb və müvafiq ekspertizalar təyin edilib. Araşdırma çərçivəsində əhəmiyyət kəsb edən digər prosessual hərəkətlər də həyata keçirilib.

Məlumata görə, xəstəxanaya müraciət edən 5 şagirdə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. Onların hazırkı səhhəti normaldır.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir