Kürdəmirdə kütləvi zəhərlənmə: məsuliyyət kimindir? – Açıqlama

Kürdəmirdə kütləvi zəhərlənmə: məsuliyyət kimindir? – Açıqlama

Sentyabrın 30-da Kürdəmirin “Günəş” restoranında 92 nəfər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət edib.

Qida zəhərlənməsi nədir və necə qorunaq?

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. TƏBİB-dən verilən məlumatda isə deyilir ki, zəhərlənən şəxslərdən 7-si azyaşlıdır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də hadisə ilə məlumat yayıb. Bildirilib ki, araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a deyib ki, zəhərlənmələrin qeydiyyatı və statistikası bərbad vəziyyətdədir.

Onlar bu dərmanları 'qara bazar'da satırlar' – Eyyub Hüseynov |  Qaynarinfo.az

Onun sözlərinə görə, zəhərlənən şəxslərin mədəsi xəstəxanaya çatdırılan kimi yuyulduğu üçün fakt itir: “30 ildə bir dəfə də insanların nədən zəhərləndiyinə dair həkimlərdən kağız ala bilməmişik. Adətən zəhərlənmələrin səbəbini dövlət orqanları evdə hazırlanan şorbalarla və s. əlaqələndirir, lakin sənaye üsulu ilə hazırlanan mallardan zəhərlənmələr var. Bu vaxta kimi biz bir dəfə də sənaye üsulu ilə hazırlanan məhsullarla əlaqəli zəhərlənmələrdən dəyən zərərə görə kompensasiyanın ödənilməsinə nail ola bilməmişik. Çünki bu məhkəmə iddiası ilə nəticələnə bilər, bunun üçün də həkimlərin kağızı lazımdır. Həkimlər ya bu statistikaya aparmırlar, ya ümumiyyətlə ekspertiza edə bilmirlər və malın adı üzə çıxmır”.

Eyyub Hüseynov qeyd edib ki, zəhərlənmənin sənaye üsulu ilə hazırlanan maldan olduğu sübuta yetirilərsə, bu halda cavabdeh həmin malı satan və yaxud istehsalçı ola bilər.

Onun sözlərinə görə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda mal satan nəzərdə tutulur: “Çünki mal satan onu elə bir yerdə saxlaya bilər ki, məhsul təhlükəli vəziyyətə gələ bilər. Yəni zəhərlənmələrin qeydiyyata alınmasında qeyri-şəffaflıq var. Statistika Qida Təhlükəsizliyi Agentliyinin saytında qeyd olunur. Bu da ümumdünya göstəricisindən 700 dəfə az göstərilir. Azad İstehlakçılar Birliyi bu cür statistika ilə razı deyil”.

Nigar Həsənli
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir