Bakının rəmzi memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzinin binası Çin bayrağının rəngləri ilə işıqlandırılıb.
ARANTV.AZ xəbər verir ki, oktyabrın 1-də həyata keçirilən işıqlandırma tədbiri Çin Xalq Respublikasının (ÇXR) yaranmasının 77-ci ildönümü münasibətilə təşkil olunub.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunun da ÇXR-nin bayrağının rəngləri ilə işıqlandırılacağı nəzərdə tutulub.

