Bakı küçələrini xüsusi texnika təmizləyəcək

Bakı küçələrinin təmizliyi üçün xüsusi texnika gətiriləcək.

ARANTV.AZ xəbər verir ki,  son zamanlar süpürgəçi qadınların iş başında ölməsi barədə məlumatların çoxalmasından sonra vəziyyətin kökündən dəyişdirilməsi üçün tədbirlər görülür.

Bundan əlavə, prezident İlham Əliyevin göstərişi ilə meriya tərəfindən xüsusi proqram hazırlanır və onun icrasından sonra yollarda zibilin yığışdırılması tamamilə avtomatlaşdırılacaq.

“Əlbəttə, iş prossesində insan amili qalacaq, lakin minimuma endiriləcək. Öz vəzifə öhdəliklərini yerinə yetirən zaman kommunal xidmət əməkdaşlarının ölümü faciədir və qəbuledilməzdir”, – məlumatda vurğulanıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir