Qəhvə içdiyiniz saata diqqət edin

Qəhvə içdiyiniz saata diqqət edin

Qəhvə istehlakında miqdar qədər günün hansı saatında içilməsi və necə hazırlanması da önəmlidir.

Türkiyəli kardioloq və daxili xəstəliklər üzrə mütəxəssislər qəhvənin həddindən artıq qəbulunun ürəkdöyünmə, yuxu pozuntusu və qan təzyiqinin yüksəlməsi kimi problemlərə səbəb ola biləcəyini bildiriblər.

Mütəxəssislər kofein qəbulunun saat 15:00-16:00 radələrində dayandırılmasını tövsiyə ediblər. Bildirilib ki, kofeinin orqanizmdə yarımparçalanma müddəti təxminən 4-6 saatdır və günün ikinci yarısında qəbul edilməsi yuxunun keyfiyyətinə mənfi təsir göstərə bilər.

Gündəlik kofein miqdarı 400 milliqramı keçməməlidir. Həkim xüsusilə ürək xəstələrinə gündə bir fincan qəhvə içməyi tövsiyə edib.

Filtr qəhvəyə üstünlük verilməsi önəmlidir. Filtrsiz qəhvələr xolesterinin yüksəlməsinə, şəkər, qaymaq və digər əlavələr olan qəhvələr isə qan şəkərinin artmasına səbəb ola bilər.

Mütəxəssislər həmçinin anemiya və dəmir çatışmazlığı olan şəxslərin qəhvə və çay qəbuluna diqqət etməli olduğunu vurğulayıb. Kofein və çayda olan teofilinin mədə-bağırsaq sistemində dəmirin sorulmasını azalda biləcəyi qeyd edilib.

Mütəxəssislər şəkərsiz və qaymaqsız qəhvənin ölçülü şəkildə qəbulunu, gün ərzində isə kifayət qədər su içilməsini tövsiyə ediblər. (Axşam.az)

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir