Təcili tibbi yardım şöbələri üçün tibbi vasitələr alınacaq

Təcili tibbi yardım şöbələri üçün tibbi vasitələr alınacaq

“İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi (PHŞ) tibb müəssisələrinin təcili tibbi yardım və digər şöbələri üçün tibbi vasitələrin satın alınması ilə bağlı açıq tender elan edib.

ARANTV.AZ  xəbər verir ki, tenderin yekun qiyməti 4 milyon 825 min manat təşkil edib.

Müsabiqənin sənədlərinə əsasən, satınalma çərçivəsində tibb müəssisələrinin təcili tibbi yardım və digər şöbələri üçün müxtəlif növ tibbi vasitələrin, o cümlədən müxtəlif ölçülü steril əlcəklərin və digər tibbi ləvazimatların alınması nəzərdə tutulur.(oxu.az)

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir