Azərbaycan Ukraynanın köməyinə çatdı – Kiyevdən Əliyevə xüsusi təşəkkür – FOTO

Azərbaycan Ukraynanın köməyinə çatdı – Kiyevdən Əliyevə xüsusi təşəkkür – FOTO

Azərbaycan Ukraynaya həyati əhəmiyyətli enerji avadanlıqlarından ibarət növbəti yardım partiyası göndərib.

ARANTV.AZ  xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev məlumat verib.

Səfir bildirib ki, Azərbaycandan Ukraynaya yola salınan 10 yük maşını transformatorlar, 186 kilometr elektrik kabeli və digər enerji avadanlıqlarını daşıyır.

“Həyati əhəmiyyətli enerji avadanlıqları Azərbaycandan Ukraynaya göndərilir. 10 yük maşını transformatorlar, 186 km elektrik kabeli və digər avadanlıqları daşıyır.

Həmrəyliyə və mühüm dəstəyə görə Prezident İlham Əliyevə, Azərbaycan hökumətinə və xalqına dərin minnətdarlığımı bildirirəm”, – Qusev sosial şəbəkədə yazıb.

Musavat.com

a627af3e-c1a6-431d-9e79-574b94173bc5.jpg (47 KB)

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir