İnternet 21% bahalaşdı

İnternet 21% bahalaşdı

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən 3257,1 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,1% çox xidmət göstərilib.

Bu barədə Ölkə.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, xidmətlərin 987,1 milyon manatını (30,3%-ni) mobil telefon rabitəsi, 524,3 milyon manatını (16,1%-ni) internet, 558,8 milyon manatını (17,2%-ni) proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsi, 384,7 milyon manatını (11,8%-ni) informasiya, 802,2 milyon manatını (24,6%-ni) isə digər informasiya və rabitə xidmətləri təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsi xidmətlərinin dəyəri real ifadədə 32,2%, internet xidmətlərinin 21,5%, informasiya xidmətlərinin 8,6%, mobil telefon rabitəsi xidmətlərinin 3,3%, digər informasiya və rabitə xidmətlərinin dəyəri isə 4,3% artıb.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir