2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda kənd təsərrüfatı məhsulu istehsalı 1,1% artıb.
Bu barədə Ölkə.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, sözügedən dövrdə ölkədə faktiki qiymətlərlə 11 905,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. İstehsalın fiziki həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1% artıb. Heyvandarlıq məhsullarının istehsalı 1,9%, bitkiçilik məhsullarının istehsalı isə 0,5% çoxalıb. Məhsulun 51%-i bitkiçiliyin, 49%-i heyvandarlığın payına düşür.
Yanvar-avqust dövründəki 2,6%-lik göstərici sentyabr ayının sonuna 1,1%-ə enib. Bitkiçilik sahəsində artım tempi 3,1%-dən 0,5%-ə, heyvandarlıq sahəsində isə 2%-dən 1,9%-ə düşüb.



