Latviya-Azərbaycan iqtisadi əməkdaşlığı genişlənir

ARANTV.AZ xəbər verir ki, Riqada Azərbaycan və Latviyanın zavod, fabrik və sənaye müəssisələri rəhbərlərinin iştirakı ilə biznes forum keçirildi. İki ölkə arasında mal dövriyyəsinin artırılması, iqtisadi, ticari əlaqələrin genişləndirilməsi və müştərək istehsal müəssisələrinin yaradılması müzakirə predmeti oldu. Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qlobal sosial iqtisadi islahatlar haqqında Latviyalı iş adamlarına məlumat verən  İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, ölkəmizdə yerli və xarici iş adamlarna yaradılan geniş imkanlardan və səmərəli infestisiya mühütindən danışdı. İki ölkə arasında, əczaçılıq, yüngül sənaye, kənd təsərrüfatı, nəqliyyat və turizm sektorları arasında faydalı əməşdaşlığın qurulmasının vacibliyi vurğulandı. Ölkəmizin Latviyadakı səfiri Cavanşir Axundov isə dedi ki, Riqada Azərbaycan Ticarət evinin açılması ilə ikitərəfli iqtisadi əlaqələrin inkişafında yeni mərhələ başladı.

Azərbaycanın nümayəndə heyəti Latviyanın nəqliyyat naziri Uldis Auqulislə də görüşərək, ölkələrimiz arasında yüklərin daşınması, nəqliyyat və yol struktur sferasında qarşılıqlı əlaqələrin qurulması məsələlərini müzakirə etdilər.

5 thoughts on “Latviya-Azərbaycan iqtisadi əməkdaşlığı genişlənir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.