Bu pensiyaçılar əlavə pul ala biləcək – Yeni qərar

Bu pensiyaçılar əlavə pul ala biləcək – Yeni qərar

Milli Məclisin bugünkü iclasında “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklik layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Sənədə əsasən, aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslərin dairəsi və bu ödənişlərin tənzimlənməsi qaydaları müəyyənləşdirilir.

Təyin edilən aylıq pensiya əlavəsinin konkret məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək.

Qanunvericilikdəki bu yeniliyin 2026-cı il oktyabrın 1-dən tətbiq edilməsi nəzərdə tutulur.

Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslərə ödənilən əlavə təyin edilmiş pensiyanın növünə uyğun olaraq müəyyən olunacaq. Eyni zamanda, birdən çox müxtəlif pensiya əlavəsi almaq hüququ yarandıqda, həmin şəxslərə kendi seçimləri və arzuları ilə aylıq pensiya əlavələrindən yalnız biri təyin edilib ödəniləcək.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir