Keçmiş məhkumların pul söhbəti ölümlə nəticələndi — TƏFƏRRÜAT
Xəzər rayonunda qətl hadisəsi baş verib.
ARANTV.AZ-ın məlumatına görə, Binə qəsəbəsində Etibar Qəhrəmanov bıçaqla tanışı Orucəli Xanızadəyə bir neçə zərbə vurub. Yaralı xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.
Hadisəni törədən isə, 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon prokurorluğuna təhvil verilib. İlkin istintaq hərəkətləri zamanı məlum olub ki, hər iki şəxs əvvəllər məhkumluq həyatı yaşayıb. Elə tanışlıqları da cəzaçəkmə müəssisəində yaranıb. Hadisə baş verən gün isə E. Qəhrəmanov O. Xanızadədən borc pul istəyib. Yox cavabı aldıqda isə, Etibar bunu özünə sığışdırmayıb və bıçağa əl atıb.
Faktla bağlı Xəzər rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsiylə cinayət işi başlanıb.
ölkə.az

