İdman 

Dünya və Avropa çempionları Qazaxa gedib

Bu ilin oktyabr ayında Macarıstanda keçiriləcək Dünya çempionatında iştirak edəcək Azərbaycan Respublikasının sərbəst güləş üzrə Olimpiya Milli yığma komandası yarışla əlaqədar təlim-məşq toplantıları davam edir.

ARANTV.AZ xəbər verir ki, Dünya və Olimpiya çempionatlarının mükafatçılarından Hacı Əliyevin, Şərif Şərifovun, Cəbrayıl Həsənovun və başqalarının yer aldığı təlim-məşq toplantılarına ümumilikdə 40 idmançı qatılıb.

Federasiyadan bildirilir ki, məşqlərə böyük diqqət var. Hətta Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov da idmançılarla görüşüb. O, təlim-məşq toplantılarının Qazaxda keçirilməsinin, Dünya və Avropa çempionlarının rayona gəlişinin onlar üçün böyük əhəmiyyəti olduğunu vurğulayıb.

Keçirilən təlim-məşqlər barədə məlumat verən Güləş Federasiyasının vitse-prezidenti, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov qeyd edib ki, toplantıları avqustun 25-dək davam edəcək:

“Avqustun 9-dan başlayan təlim-məşq toplantılarında Azərbaycan idmançıları ilə yanaşı, Rusiya və Kanada Milli yığma komandalarının üzvləri də iştirak edir”.

oxu.az

Daha çox xəbərlər