Mərdəkan sahilində balıqların kütləvi tələfatı – SƏBƏB

Mərdəkan sahilində balıqların kütləvi tələfatı – SƏBƏB

Mərdəkan çimərliyində balıqların kütləvi şəkildə tələf olması müşahidə edilib.

Hadisənin səbəbləri ilə bağlı mütəxəssis açıqlama verib.

Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Canlı Sistemlərin Tədqiqi İnstitutunun aparıcı elmi işçisi Süleyman Süleymanov bildirib ki, balıqların tələf olmasını hər hansı xəstəliklə əlaqələndirmək düzgün deyil.

Onun sözlərinə görə, bu cür hadisələr demək olar ki, hər il təkrarlanır.

Qeyd edək ki, balıqların kütləvi tələfatına suda oksigen çatışmazlığı, temperatur dəyişiklikləri və çirklənmə kimi amillər səbəb ola bilər. Lakin Mərdəkan sahilində baş verən hadisənin konkret səbəbi hələ müəyyənləşdirilməyib./APA

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir