Çərşənbə axşamı, 30 İyn, 2026

Xızıda avtomobil aşdı: 1 ölü, 1 yaralı

Xızı rayonunun Altıağac qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ xəbər verir ki, qəsəbə sakini Aslan Hüseynov idarə etdiyi “Volksvagen” markalı avtomobili elektrik dirəyinə vuraraq aşırıb.

Aslan Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb, 1 sərnişini isə xəstəxanaya yerləşdirilib.

teleqraf.com