FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Qurban bayramı günlərində Fövqəladə Hallar Nazirliyinin (FHN) qəza-xilasetmə qurumları və regional mərkəzləri gücləndirilmiş iş rejimində işləyəcək.

ARANTV.AZ  bildirir ki, trend-in nazirliyin saytına istinadən məlumatına görə, bu məqsədlə imzalanmış əmrə əsasən həmin qurumların növbətçi və ehtiyat qüvvələri yüksək hazırlıq səviyyəsinə gətirilib, aidiyyəti üzrə şəxsi heyət əlavə olaraq təlimatlandırılıb.