İstehsalçı və ixracatçıların 15 assosiasiyası yaradılıb
ARANTV.AZ xəbər verir ki, Qeyri-neft sektorunun inkişafına dəstək mexanizmlərindən biri olan və müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarların müvafiq assosiasiyalarda birləşməsi davam etdiriilir. Bu günədək ölkədə sahibkarlığın dəstəklənməsi, istehsal və ixrac sahəsində koordinasiyalı və sistemli tədbirlərin davam etdirilməsi məqsədilə yerli istehsalçı və ixracatçıların 15 assosiasiyası yaradılıb. İqtisadiyyat Nazirliyinin dəstəyi ilə yaradılan assosiasiyalar meyvə-tərəvəz, nar, fındıq, şərab, çay, bal, mebel, tikinti və digər yerli məhsulların xarici bazarlara çıxarılması və satışının təmin olunması, ixrac potensialının artırılmasında əhəmiyyətli rol oynayır.

