Cəmiyyət 

“Еuronews”: Neftdən gələn sağlamlıq

ARANTV.AZ xəbər verir ki, “Azərbaycan dünyada bənzəri olmayan müalicə üsuluna malikdir. Bu Naftalan nefti ilə müalicədir. Bakının 320 kilometrliyində yerləşən Naftalandakı bu möcüzəli yağ dəri xəstəlikləri, revmatizm, qan dövranı üçün şəfa mənbəyidir”. Bu fikir “Euronews” telekanalının Naftalan neftindən bəhs edən reportajında səslənib. Tanınmış aparıcı Serxio Kantone reportajında Naftalan şəhərinin turizm sahəsindəki geniş təcrübəsi və dünyada bənzəri olmayan bu neftlə müalicə üsulları barədə məlumat verib. Müəllif qeyd edib ki, Naftalan nefti nəqliyyat yanacağı üçün istifadə edilən neftdən deyil. Onu fərqləndirən və möcüzəli edən məhz orqanizm üçün xeyirli olmasıdır. Reportajda Naftalan neftinin orqanizmə müsbət təsirlərindən, insanların bu neftə üstünlük vermələrinin səbəblərindən danışan həkim tamaşaçılara onun hansı xəstəliklər zamanı faydalı olması barədə ətraflı məlumat verib. Müəllif onu da diqqətə çatdırıb ki, burada təyin edilən müalicə müddətində xəstələr hər gün 10 dəqiqə neft vannası qəbul edirlər. Bu vannalar bir çox xroniki xəstəliklərin müalicəsində də müsbət təsirə malikdir.

Daha çox xəbərlər