Siyasət 

“The Daily Caller” qəzetində Dağlıq Qarabağ münaqişəsi barədə məqalələr dərc olunub

ARANTV.AZ xəbər verir ki, Azərbaycanlılar Dağlıq Qarabağda və ona bitişik rayonlarda etnik təmizləməyə məruz qalıblar. Azərbaycanın Ermənistan tərəfindən işğal edilən ərazilərində oyuncaq rejim qurulsa da, ötən 25 il ərzində heç bir ölkə bu rejimi tanımayıb. Bu fikirlər siyasi icmalçı Raul Loueri Kontrerasın ABŞ-ın “The Daily Caller” nəşrində dərc olunan məqaləsində əksini tapıb. Yazıda bildirilir ki, işğal nəticəsində beynəlxalq hüququn ən hiddətləndirici pozuntularından biri dağlardan Tərtər rayonuna axan kanallar, arxlar və çayların istiqamətinin ermənilər tərəfindən dəyişdirilməsi, irriqasiya sisteminin pozulmasıdır. Azərbaycan hökumətinin qərarı ilə 4000 su quyusu qazılıb və su təchizatı təmin edilib. Bununla yanaşı, məcburi köçkünlər üçün Tərtər rayonunun Qapanlı kəndinin nümunəsində çoxsaylı qəsəbələr tikilib. “The Daily Caller” qəzetində münaqişə ilə bağlı dərc olunan digər məqalədə isə Ümumdünya “Hayastan” fondunun qanunsuz əməllərindən bəhs edilir. Müəllif Maksim Qauin “Antikorrupsiya həbsləri yalnız başlanğıcdır, lakin Ermənistan həqiqətən “öz bataqlığını” quruda biləcəkmi?” sərlövhəli məqaləsində Sarkisyan rejiminin və onun ailəsinin korrupsiya əməllərini faktlarla təqdim edir. Vəsait toplanması və lobbiçilik üzrə erməni-Amerika mexanizminin daxilində korrupsiyanın dərin kök saldığı bildirilir. ABŞ tərəfindən Ermənistana və işğal edilən Dağlıq Qarabağdakı qanunsuz rejimə maliyyə yardımının artırılması üçün uzun müddətdir ki, konqresdə kampaniyalar keçirən lobbi qrupları Ermənistanın iqtisadi problemlərini daha da kəskinləşdirir, Amerika ianələrini Dağlıq Qarabağdakı qanunsuz rejimin maliyyələşdirilməsinə yönəldirlər. Konqresin bəzi üzvləri bu qondarma “xeyriyyə təşkilatları”nı dəstəkləyirlər. Bu da öz növbəsində, onların özünün korrupsiya əməlləri barədə sual yaradır. 

Daha çox xəbərlər

Leave a Comment