Zaur Rzayev vəfat etdi – YENİLƏNİB

Zaur Rzayev vəfat etdi – YENİLƏNİB

Mərkəzi Neftçilər Xəstəxanası Xalq artisti Zaur Rzayevin vəfatı ilə bağlı məlumat yayıb.

Bu barədə Ölkə.az-a xəstəxanadan məlumat verilib.

Bildirilib ki, xəstəxananın Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi davam etdirilən 1952-ci il təvəllüdlü Xalq artisti Zaur Rzayevin oktybarın 29-u saat 18:30-da bioloji ölüm faktı qeydə alınıb.

Pasiyent oktyabrın 14-də ağır vəziyyətdə Mərkəzi Neftçilər Xəstəxanasına hospitalizasiya olunub, vəziyyətinə uyğun zəruri tibbi müdaxilələr və intensiv müalicə tədbirləri həyata keçirilib. Həkimlərin səylərinə baxmayaraq, pasiyentin həyatını xilas etmək mümkün olmayıb.

Allah rəhmət etsin!

***

Azərbaycanın Xalq artisti Zaur Rzayev 74 yaşında vəfat edib.

ARANTV.AZ xəbər verir ki, o, oktyabrın 29-da dünyasını dəyişib.

Xalq artisti 15 gün idi xəstəxanada müalicə alırdı. Oktyabrın 14-də onun vəziyyəti pisləşmiş və xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, Zaur Rzayev 1952-ci il yanvarın 28-də Kürdəmir rayonunda anadan olub.
Asəf Zeynallı adına Musiqi Texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Müxtəlif musiqi kollektivlərində solist kimi fəaliyyət göstərib, 1994-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblına rəhbərlik edib.

Z.Rzayev 1998-ci ildə Əməkdar artist, 2003-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

Qeyd edək ki, Z.Rzayevin vəfatı ilə bağlı ilk xəbəri Manset.az saytı yayıb.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir