Ünvanlı dövlət sosial yardımı almaq üçün prosedur sadələşdirilir
ARANTV.AZ xəbər verir ki, ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi və şəffaflaşdırılması işləri çərçivəsində sosial yardımın alınması üçün aztəminatlı ailələr tərəfindən elektron qaydada müraciət proseduru sadələşdiriləcək. Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin işçi komisisyası tərəfindən hazırlanan təkliflər planına əsasən, sosial yardımın alınması üçün elektron qaydada müraciət zamanı “Ərizə-bəyannamə”nin doldurulması üçün tələb olunan məlumatların sayının azaldılması nəzərdə tutulur. Tələb olunan məlumatların bir hissəsi məsələn, ailənin gəlirləri tərkibinə daxil olan pensiya və müavinətlər barədə məlumatlar aidiyyəti elektron informasiya bazalarından əldə olunacaq.
Fuad Hüseynov – ƏƏSMN-nin şöbə müdiri:
– Elektron qaydada müraciət edərkən ərizə bəyannamə misal olaraq vətəndaş ailə üzvi öz statusunu orda qeyd edirsə, məsəl üçün deyək bu hər hansı müavinət növündən bəhrələnirsə, orda öz statusu göstərilir eyni zamanda statusa uyğun olaraq onun illik məbləğdə tələb edilirdisə, İndi isə artıq həmin məlumatların ərizə bəyannamə formalarında o məlumatlar tələb edilməyəcək. Yəni bu prossesi sadələşdirərək atvomatik həmin status orda qeyd olunduqdan sonra həmin o məlumatlar istər pensiya ilə bağlı ister müavinətlə bağlı istər digər imtiyazlarla bağlı olaraq həmin məlumatları biz elektron formada bazalardan əldə edəcəyik. Bu da öz növbəsində vətənndaşların elektron qaydada müraciətlərinin həm vaxt baxımından, həm də ki asan müraciət eidlməsinə nail olacaqlar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə bütün benefisiarlar haqqında məlumatların vahid elektron bazada toplanmasını nəzərdə tutan “Sosial Reyestr”in hazırlanması isə e-müraciətin daha da sadələşdirilməsinə imkan yaradacaq. Layihə reallaşdırıldıqdan sonra ünvanlı dövlət sosial yardımın alınması üçün elektron müraciət zamanı hər hansı “Ərizə-bəyannamə”nin doldurulmasına ümumiyyətlə ehtiyac qalmayacaq. Ailəni təmsil edən şəxs yalnız FİN nömrəsini daxil etdikdə, həmin ailənin sosial yardım almaq hüquqlarına baxılması üçün tələb olunan bütün zəruri məlumatlar “Sosial Reyestr”dən götürüləcək və yardım təyin olunub-olunmamasına dair avtomatlaşdırılılmış şəkildə qərar qəbul ediləcək.
Fuad Hüseynov – ƏƏSMN-nin şöbə müdiri:
– Tam formalaşdırıldıqdan sonra artıq vətəndaşların özlərinin elektron qaydada müraciət edilməsində hər hansı ərizə bəyannamə forması ehtiyac qalmayacaq. Vətəndaşlar yalnız FİN kodlarının sistemə daxil etməklə bütün onlar haqqında məlumatlar özlərinin formalaşdırdıqları şəxsi kabinet vasitəsilə məlumatlar ədlə ediləcəkdir. Şəxsin statusu ilə bağlı olaraq əldə oluna gəlirləri ilə bağlı olaraq əlildisə əlilliyi ilə bağlı olaraq pensiyan alandısa pensiya ilə bağlı olaraq və bütün bu kimi statuslar elektron qaydada həmin yadaılacaq sosial restrdən əldə olunacaq.
Sözügedən layihənin ilin sonunadək reallaşdırlması nəzərdə tutulur. Ötən il ünvanlı dövlət sosial yardım alanların sayı 80 minə yaxın idi. Bu ilin son 6 ayı ərzində isə bu rəqəm azalaraq 54 min ailə və ya 213 min nəfər təşkil edib. Adambaşına düşən orta aylıq gəlir isə 178 manatdır. Ümumilikdə isə bu il ərzində 19 min ailəyə ünvanlı dövlət sosial yardım təyin olunub.

