Moskvada MDB ölkələrinin İqtisadi Şurasının komissiya iclası işə başlayır
ARANTV.AZ xəbər verir ki, bu gün Moskvada, MDB ölkələrinin İqtisadi Şurasının komissiya iclası başlayır. İclasda azad ticarət zonasının yaradılması, vergi orqanlarında elektron informasiya sistemilə bağlı məlumatların hazırlanmasına dair fikir mübadiləsi aparılacaq. Şura üzvləri həmçinin gələn il üçün birlik orqanlarının ümumi büdcəsini müzakirə edəcəklər. Toplantı iştirakçıları 2020-ci ilədək dövlətlərarası innovasiya proqramlarının reallaşdırılması istiqamətində kompleks tədbirlər planını da nəzərdən keçirəcəklər. Həmçinin İqtisadi Şuranın 79-cu iclasının gündəliyi təsdiqlənəcək.

