Kəmalənin videosunu lağa qoydular: “Dolma da bükürəm, amma subayam”
Aparıcı Kəmalə Piriyeva yay mövsümü ilə bağlı ATV kanalının hazırladığı reklam çarxı üçün kamera qarşısına keçib.
ARANTV.AZ-ın məlumatına görə, aparıcı videoda “Bir neçə layihənin aparıcısıyam. Seriallara, filmlərə çəkilirəm. Dadlı yeməklər hazırlayıram. Yarpaq dolması da bükə bilirəm. Amma hələ də subayam. Ümidim bu yayadır” sözlərini deyib.
Onun bu ifadələri müzakirələrə səbəb olub. Sosial şəbəkədə yayılan videonu izləyicilər ələ salıblar.
axşam.az

