Azərbaycanda noyabrda 16 günlük İSTİRAHƏT OLACAQ

Azərbaycanda noyabrda 16 günlük İSTİRAHƏT OLACAQ

Noyabr ayında məktəbliləri ümumilikdə 16 günlük istirahət gözləyir.

Noyabrın 7-10-da Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq.

Bundan əlavə, noyabrın 14-15-i və 21-22-si şənbə və bazar günlərinə təsadüf edir. Noyabrın 16-dan 20-dək isə ümumi təhsil müəssisələrində payız tətili olacaq.

Beləliklə, beşgünlük tədris həftəsi ilə işləyən məktəblərdə noyabr ayı ərzində ümumilikdə 16 gün dərs keçirilməyəcək./metbuat.az/

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir