Milli Məclisdə pensiyalarla BAĞLI QƏRAR

Milli Məclisdə pensiyalarla BAĞLI QƏRAR

Milli Məclisin bu gün keçirilən plenar iclasında Özbəkistan Respublikası ilə iki yeni saziş müzakirəyə çıxarılıb.

Musavat.com-un məlumatına görə, iclasda “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini və “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Sənədlər barədə komitə sədri Səməd Seyidov çıxış edərək onun önəmindən bəhs edib.

Hər iki sənədin iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyi qeyd olunub. Müzakirələrdən sonra sənədlər səsverməyə qoyularaq qəbul edilib.

E.Paşasoy,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir