Salyan sakini bazarda dünyasını dəyişdi
Bu gün səhər saatlarında Salyan şəhərinin mərkəzi bazarında göyərti satan şəxs dünyasını dəyişib.
ARANTV.AZ xəbər verir ki, 63 yaşlı Ərəbqardaşbəyli kənd sakini Saday Kamil oğlu Hüseynov bazarda alver üçün piştaxtasını səliqəyə salıb başa çatdırarkən qəfil ürək-çatışmazlığından dünyasını dəyişib.
Mərhumun ürək xəstəsi olduğu deyilir.
Virtualaz.org


