“Henli pasport indeksi”nin məlumatlarına əsaslanan yeni reytinq dünyanın ən güclü pasportlarını açıqlayıb.
ARANTV.AZ xarici mediaya istinadla xəbər verir ki, reytinq ölkə vətəndaşlarının vizasız ziyarət edə biləcəyi ölkə və ərazilərin sayına əsaslanır.
Məlumatlara görə, 2026-cı ildə Sinqapur pasportu birinci yeri tutub. Əgər 2016-cı ildə bu ölkənin vətəndaşları 173 istiqamətə vizasız səyahət edə bilirdilərsə, 2026-cı ilə qədər bu rəqəm 192-yə çatıb.
İkinci yeri Yaponiya, Cənubi Koreya və Birləşmiş Ərəb Əmirlikləri bölüşüb. Bu ölkələrin pasport sahibləri 188 ölkə və əraziyə vizasız getmək imkanına malikdirlər.
Reytinq göstərir ki, son on ildə Asiya ölkələrinin beynəlxalq səyahət sahəsində təsiri xeyli artıb. 2026-cı ildə dünya reytinqində ilk dörd yeri Asiya ölkələri tutub.
Ən böyük artımlardan biri Birləşmiş Ərəb Əmirliklərində olub. “Henley & Partners” şirkətinin məlumatına görə, ölkə son iki onillikdə vizasız səyahət yerlərinin sayını 153 vahid artıraraq ümumi sayını 188-ə çatdırıb. Bu, diplomatik əlaqələrin genişlənməsini, beynəlxalq əməkdaşlığın güclənməsini və iqtisadi artımı əks etdirir.
Avropa ölkələri reytinqdə yüksək mövqelərini qoruyub saxlayıblar. Norveç 186 vizasız səyahət yeri ilə beşinci, İsveçrə isə 185 səyahət yeri ilə altıncı yerdədir. Avropa İttifaqı və Britaniya pasportları orta hesabla 184 ölkə və əraziyə vizasız səyahət etməyə imkan verir.
Şimali Amerika ölkələri də 2016-cı illə müqayisədə vizasız səyahət seçimlərini genişləndiriblər. Kanada pasportunun sahibləri artıq 183, ABŞ vətəndaşları isə 180 ölkə və əraziyə vizasız səyahət edə bilərlər. Lakin digər ölkələrin daha sürətli templə böyüməsi səbəbindən onların dünya reytinqindəki mövqeyi bir qədər azalıb.
Sinqapur dünya səritəsində

