Cəmiyyət 

Bazarda pomidor və xiyarın qiyməti niyə bahalaşdı? – Video

Son günlər paytaxt bazarlarında pomidor və xiyar bahalaşıb.

ARANTV.AZ “Xəzər TV”yə istinadən xəbər verir ki, bu tərəvəzlərin qiymətində 40-50 qəpik, bəzi sortlarda isə 1 manata qədər artım müşahidə olunur.

Hazırda pomidorun 1 kiloqramının qiyməti 1-3, xiyarın qiyməti isə 1-2,50 manat arasında dəyişir.

Satıcılar deyirlər ki, yağışlı havalar səngiməsə və bazarda məhsul bol olmasa, qiymətlərdə ucuzlaşma olmayacaq.

 

Daha çox xəbərlər