ARANTV.AZ açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, məbləğ baxımından ən böyük qiymət artımı kəsilmiş taxtada qeydə alınıb.
Bu tikinti materialının 1 kubmetrinin orta pərakəndə satış qiyməti 355,4 manatdan 357 manata yüksələrək 1,6 manat və ya 0,44% artıb.
İkinci ən böyük artım parketin qiymətində qeydə alınıb. Parketin 1 kvadratmetrinin qiyməti orta satış qiyməti 40 manatdan 40,6 manata yüksəlib.
Beləliklə, qiymət 0,6 manat və ya 1,4% artıb.
Faiz baxımından isə ən çox bahalaşan tikinti materialı təmir-tikinti işlərində istifadə olunan gips olub. Onun qiyməti 0,29 manatdan 0,30 manata yüksələrək 3,45% artıb. Onu sement (3,25%) və ruberoid (3,24%) izləyib.
Qiyməti ən çox ucuzlaşan tikinti materialı isə ağac-lifli lövhə olub. Bu materialın 1 kvadratmetrinin orta qiyməti 14,2 manatdan 14,1 manata düşərək 0,1 manat və ya 0,99% ucuzlaşıb. Ağac-yonqar lövhənin qiyməti isə 0,02 manat və ya 0,14% azalıb.
Siyahıda yer alan tikinti materiallarının qiymətləri və son 6 aydakı dəyişiklik belə olub:
Polietilen su borusu – 1 metr 1,84 manat (+0,55%);
Kanalizasiya borusu – 1 metr 2,58 manat (+0,78%);
Kəsilmiş taxta – 1 kub metr 357 manat (+0,44%);
Ağac-yonqar lövhə – 1 kv. metr 14,13 manat (-0,14%);
Ağac-lifli lövhə – 1 kv. metr 14,1 manat (-0,99%);
Parket – 1 kv. metr 40,6 manat (+1,40%);
Laminat parketi – 1 kv. metr 17,3 manat (+0,76%);
Kərpic – 1 ədəd 0,43 manat (0%);
Sement – 50 kq 10,16 manat (+3,25%);
Metal kirəmit – 1 kv. metr 12,92 manat (+0,78%);
Ruberoid – 1 kv. metr 2,23 manat (+3,24%);
Keramik plitə – 1 kv. metr 14,9 manat (+0,95%);
Divar kağızı üçün yapışqan – 1 kq 27,75 manat (+1,39%);
Gips – 1 kq 0,30 manat (+3,45%);
Keramik plitə yapışdırıcısı – 20 kq 5,88 manat (+1,73%);
Alçı lövhə (alçıpan) – 1 kv. metr 4,65 manat (+0,22%);
Divar və ya tavan örtüyü üçün istifadə olunan plastik material (lambrin) – 1 kv. metr 6,93 manat (+2,82%). (Yeniavaz.com)

