Moskvada vəfat edən Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Azərbaycana gətirilib.
Musavat.com-a bu barədə Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova məlumat verib.
O bildirib ki, sənətçinin nəşi bu gün səhər saatlarında Azərbaycana gətirilib və dəfn olunmaq üçün Lerik rayonuna yola salınıb.
Həmidə Rüstəmovanın sözlərinə görə, Aslan Fətullayevin nəşi hava limanında teatrın direktoru və bir neçə əməkdaşın müşayiəti ilə qarşılanıb.
Qeyd edək ki, Aslan Fətullayev bağırsaq problemləri ilə əlaqədar müayinə olunmaq üçün Moskvaya yollanmışdı. O, noyabrın 10-da səhər saatlarında vəfat edib.

