350 əfqanıstanlı döyüşçü pusquya düşdü, ərazidə döyüş gedir
Əfqanıstan təhlükəsizlik qüvvələrinin 350 əməkdaşından ibarət qrup pusquya düşüb.
ARANTV.AZ Report-a istinadən xəbər verir ki, bu barədə yerli “TOLOnews” telekanalı məlumat yayıb.
“Əfqanıstan təhlükəsizlik qüvvələrinin 350 üzvündən ibarət konvoyu Fəryab vilayətinin mərkəzi olan Meymene şəhərinə gedərkən pusquya düşüb. Yerli hökumət orqanları hazırda qarşıdurma getdiyini təsdiq edib” – telekanalın “Twitter” hesabında yazılıb.

