Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Sumqayıt şəhəri, Sumqayıt Dənizkənarı Bulvarın ərazisində dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş – 2006-cı il təvəllüdlü Şahaliyev Nəsrəddin Sədrəddin oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Əlavə məlumat veriləcək.

