Dünya 

İsrail polisi 7 fәlәstinlini dә saxladı: Ümumi 6 minәdәk fәlәstinli mәhbus var

İsrail polisi biri qadın olmaqla yeddi fәlәstinlini dә hәbs etdi.

ARANTV.AZ  bildirir ki, əldә olunan mәlumata әsasәn, İsrail polisi Qüdsün şәrqindә yerlәşәn Әl-İsaviyyә bölgәsindә fәlәstinlilәrә aid evlәrә basqın tәşkil edib.

Qeyd edәk ki, İsrail polisi İordan çayının qәrb sahillәrindә vә Şәrqi Qüdsdәki evlәrә tez-tez basqın tәşkil edәrәk fәlәstinlilәri hәbs edir.

Fәlәstin Әsirlәr Cәmiyyәtinin mәlumatına görә, İsrail hәbsxanalarında altı minәdәk fәlәstinli mәhbus var.

milli.az

Daha çox xəbərlər