Siyasət 

İsmayıllıda daha bir xalça istehsalı emalatxanası tikiləcək

Prezident İlham Əliyev avqustun 27-də İsmayıllı rayonunda yeni xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

ARANTV.AZ-ın məlumatına görə, sərəncamla  İsmayıllı rayonunda yeni xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə 2,4 milyon manat ayrılıb.ölkə.az

Daha çox xəbərlər