Dünya 

Türk əsgərindən Faraşin yaylağında əməliyyat: 5 ölü

Türkiyənin Şırnak bölgəsinin Beytüşşəbap mahalında yerləşən Faraşin yaylağında PKK terror qruplaşmasına qarşı əməliyyat keçirilib.

ARANTV.AZ  xəbər verir ki, kəşfiyyat orqanları səhər 06:30 radələrində Beresih təpəsində 5 terrorçu aşkar edib. Bundan sonra havadan dəstək verilməklə təşkil olunan əməliyyat nəticəsində 5 PKK-çı məhv edilib.

Qeyd edək ki, əməliyyata şəhid jandarma Songül Yaqutun adı verilib.

axar.az

Daha çox xəbərlər