Region Xəbərləri 

“Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib

ARANTV.AZ xəbər verir ki, Xaçmazda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dövlət-din münasibətləri ilə bağlı dövlət siyasətinin əsas istiqamətləri barədə danışaraq ölkəmizdə dini sahədə sabitliyə nail olunduğunu, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanıldığını bildirib. Azərbaycanın dünya üçün tolerantlıq nümunəsi olduğu vurğulanıb. Hazırda Yaxın və Orta Şərqdə baş verən müharibələrin, qanlı toqquşmaların fonunda ölkəmizdə azərbaycançılıq məfkurəsinin, milli-mənəvi dəyərlərin, tolerantlıq siyasətinin gücləndirilməsinin, yeni nəslin milli ruhda formalaşdırılmasının vacibliyi qeyd olunub. Regional konfrans işini “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda panellə davam etdirəcək.   

Daha çox xəbərlər