Ucarda yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alanlar var.
Hadisə Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan yük avtomobili ilə minik avtomobili toqquşub. Toqquşmadan sonra idarəetmədən çıxan avtomobillər yol kənarında dayanmış 2 piyadanı vurub.
İlkin məlumata görə, 1 piyada və 1 sərnişin hadisə yerində ölüb. Digər piyada və minik avtomobilində olan sərnişin ağır xəsarət alaraq xəstəxanaya aparılıb./Sfera.az

